Hindistanda sel yüzdən çox can aldı

Hindistanda sel yüzdən çox can aldı

41 yaralı, 80 itkin

 

Hindistanın cənub və qərb ştatlarında son beş gün ərzində baş verən təbii fəlakət böyük zərərlərə səbəb olub. AYNA xarici mətbuata isnidən xəbər verir ki, güclü yağışın yaratdığı sel və torpaq sürüşməsi 132 nəfərin həyatına son qoyub.

 

Myanmar ştatının cənub-şərqində yerləşən Mon əyalətinə də, musson yağışları səbəbi ilə böyük zərər dəyib.

 

Ye Pyar Kone kəndində isə sel 41 adamın xəsarət almasına, 80 adamın isə itkin düşməsinə səbəb olub.

 

Qeyd edək ki, ötən ay da Hindistan, Nepal və Banqaladeşdə də güclü daşqınlar meydana gəlmişdi. Daşqınlar nəticəsində 200-ə yaxın insan həyatını itirmişdi.

Müəllif: Ayna.az      12 Avqust 2019 15:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar