Çin Böyük Britaniyaya xəbərdarlıq etdi

Çin Böyük Britaniyaya xəbərdarlıq etdi

Çin Xaql Respublikası Böyük Britaniyanı Çinin daxili işlərinə qarışdığı üçün sərt tənqid edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Çin buna görə Böyük Britaniyaya nato da göndərib.

 

ÇXR Böyük Britaniya Xarici İşlər nazirinin Honq Konq muxtariyyətinin rəhbəri ilə görüşməsindən sonra bu qərarı qəbul edib.

 

“Qeyd edim ki, Honq Konq indi Çin Xalq Respublikasının inzibati rayonudur, müstəqil vilayət deyil”, - deyə Çin Xalq Respublikasının Daxili İşlər Naziri bildirib.

 

Çinli nazir, həmçinin Böyük Britaniyanın Honq Konq üzərində heç bir siyasi suverenlik və nəzarət hüququnun olmadığını da qeyd eləyib.

Müəllif: Ayna.az      12 Avqust 2019 13:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin