Qırğızıstanda yüzdən çox adam yaralanıb

Qırğızıstanda yüzdən çox adam yaralanıb
Samat Kurmankulov hələ də komadadır
 
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar baş verən iğtişaşlarda 136 nəfər yaralanıb.  AYNA AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstan Səhiyyə Nazirliyinə xəbər verir ki, onların əksəriyyəti evə buraxılsa da, ciddi xəsarət alanların müalicəsi davam edir. 
 
Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov hələ də komadadır. 
 
Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib. 
 
Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.
Müəllif: Ayna.az      12 Avqust 2019 00:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar