Dənizdə boğulan dörd azyaşlıdan üçü dəfn olundu - FOTO

Dənizdə boğulan dörd azyaşlıdan üçü dəfn olundu -     FOTO
Birinin axtarışları davam etdirilir
 
Dünən Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən batan uşaqlardan 3-ü bu gün dəfn edilib. AYNA publika.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə boğulan 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu və 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı bu gün Xırdalan qəbristanlığında dəfn edilib.
 
Qeyd edək ki, dənizdə boğulan 10 yaşlı Cəfərzadə Zeynəb Ramin qızının axtarışları davam etdirilir.
 
Müəllif: Ayna.az      11 Avqust 2019 23:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar