Əksər insanların əziyyət çəkdiyi bu xəstəliklə necə mübarizə aparmaq olar - Həkim məsləhəti

Əksər insanların əziyyət çəkdiyi bu xəstəliklə necə mübarizə aparmaq olar -         Həkim məsləhəti

"Sədəf" xətəliyi ilə necə mübarizə aparmaq olar?

 

Psoriaz  çəhrayı, qırmızı şişikinlik üzərində ağ, qalın, quru kəpəyəbənzər yığıntı ilə müşahidə olunan dəri xəstəliyidir. Xalq arasında "sədəf” xəstəliyi adı ilə tanınır. Dünya əhalisinin, təqribən 2%-ində bu xəstəliyə rast gəlinir. Türkiyəli professor, Dr. Sezginin tibbi müalicə ilə yanaşı həyat tərzinin dəyişdirilməsinin və bəzi bitkilərin sədəf yaralarını azaltdığına diqqət çəkərək, əhəmiyyətli məlumatlar verib. AYNA Türk mediasına istinadən həmin yazını təqdim edir.

 

Cəmiyyətimizdə yayılmış bir dəri xəstəliyi olan sədəf, ümumiyyətlə genetik meyllidir. Stress, depressiya, yorğunluq, mikroblu iltihablar, müəyyən dərmanlar (məsələn, kortizon, ağrıkəsicilər kimi) və yaralnmalar da xəstəliyi sürətləndirə bilər. Xəstəliyi sürətləndirən amillər nəticəsində immunitet sisteminin hüceyrələrində meydana gələn reaksiyalar nəticəsində dəridə yaralar meydana gəlir. Xroniki xəstəlikdir. Buna hər yaşda rastlamaq mümkündür. Ancaq xəstəlik yoluxucu deyil.

Image result for sədəf xəstəliyi

Nələrə səbəb olar?

 

Xəstəlik özünü parlaq qırmızı, kənarları bəlli olan yaralarla biruzə verir. Yaraların üzəri sədəf rəngində pullanma ilə örtülür. Yaralar müxtəlif ölçülü və yuvarlaq, oval və ya ilanvari formada olur. Tez-tez baş dərisində, dizdə, dirsəkdə, büzdüm sümüyünün üzərində görülür. Dərinin zədələnməsindən sonra da bəzi insanlar sədəflə qarşılaşa bilərlər. Həmçinin sümüklərdə ağrı, həssaslıq, qızartı, şişkinlik, hərarətin artması, hərəkət məhdudluğu baş verir.

 

Müalicəsi mümkündürmü?

 

Xəstəliyi sürətləndirlən amillərdən uzaq durulsa və müalicə davam etdirilsə, sağalma müddəti uzun sürər. Həddindən artıq yorğunluq, ağır iş və stresdən qorunmaq lazımdır. Əks təsirlərinə görə, mümkün qədər az dərmandan istifadə edin. Qətran, kortizon, antralin, tazaroten, vitamin D3 tərkibli kremlər faydalıdır. Günəş şüaları sədəf xəstəliyinə çox yaxşı təsir edir. Buna görə fototerapiya (işıq terapiyası) icad edilmiş və müalicəsində istifadə edilmişdir. Tibbi müalicələrə cavab verməyən və ya ağırlaşan xəstələrdə immunitet sistemini aşağı salan müxtəlif dərmanlardan istifadə olunur.

Related image

Erkən müayinələr etdirin

 

Yüksək qan təzyiqi, diabet və yüksək xolesterol üçün mütəmadi dəyərləndirmə aparılmalıdır. Sədəf olan insanlarda xərçəng riski daha yüksəkdir. Buna görə, “PAP smear”, mamoqrafiya, kolon, dəri xərçəngi kimi müayinələr mütəmadi aparılmalıdır. Dəri yanmaları tibbi müalicəyə baxmayaraq, yaxşılaşmır və pisləşirsə, dəri biopsiya olunmalıdır.

 

Nələrə diqqət edilməlidir?

 

Sədəf xəstəliyində stresin önəmli bir tətikləyici olduğuna görə mütləq stress azaldılmalı, həyat tərzi dəyişdirilməslidir. Stressi idarə etmək üçün müxtəlif üsullardan istifadə edilməlidir. İstirahət etmək, kitab oxumaq və ya gəzməklə stres müalicə edilə bilmirsə, psixiatr və psixoloq köməyinə müraciət etmək lazımdır. Bu yolla ağırlaşmalar da azala bilər. Siqaret, spirtli içki və qidalanmaq da bir çox xəstəliyə, həmçinin sədəfə mənfi təsir edən əsas amillərdəndir. Bunlar üçün müvafiq tədbirlər görülməsi müsbət təsir edər. Piylənmə də sədəf riskini artırır. Buna görə qidalanma rejimini tənzimləmək və məşq etməklə çəkiyə nəzarət edilməlidir.

Müəllif: Ayna.az      11 Avqust 2019 22:52
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar