Tarantinonun “qəhrəmanları” Bakıda fırtına qopardı - VİDEO

Tarantinonun “qəhrəmanları” Bakıda fırtına qopardı -           VİDEO

“Park Cinema”da  Amerikanın Oskar mükafatlı rejissoru və prodüseri Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin bağlı nümayişi keçirilib.   

 

AYNA xəbər verir ki, filmin təqdimatından öncə “Park Cinema Metropark”ın otoparkında “Tarantino Party” baş tutub. Tədbirə Azərbaycanın tanınmış ziyalıları, o cümlədən, aparıcılar, prodüserlər, şoumenlər, bloqerlər, aktyor və aktrisalar, müğənnilər, rejissorlar, həmçinin media əhli qatılıb.

Gunel  Hasanova adlı şəxsin şəkli.

Yaddaqalan gecədə qonaqlar inanılmaz sürprizlə qarşılaşıblar. Belə ki, Tarantinonun filmlərinin əsas  qəhrəmanlarını - DiCaprio, Pitt, Tarantino və başqa personajları canlandıran gənc aktyor və aktrisalar öz şouları ilə gecənin iştirakçılarının qarşısına çıxıblar. Tarantinonun “qərhəmanları” qonaqlara olduqca əyləncəli və maraqlı gecə yaşadıblar.  

Gunel  Hasanova adlı şəxsin şəkli.

Unudulmaz gecədə, həmçinin tədbir iştirakçıları arasında püşkatma mərasimi baş tutub. Püşkatmada adı çıxan şəxslərə tədbirin tərəfdaşları olan şirkətlərin hədiyyələri təqdim olunub. Azərbaycanın Xalq yazıçısı, "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən “Neftçi”nin şərfləri hədiyyə olunub.

Gunel  Hasanova adlı şəxsin şəkli.

Püşkatmanın ardınca “Bir dəfə Hollivudda” filmi tamaşaçılara təqdim olunub. Baş rollarda Leonardo DiCaprio, Brad Pitt, Margot Robie, Al Pacino və Kurt Russell kimi məşhur aktyorların oynadığı film hər kəs tərəfindən maraqla izlənilib və bəyənilib.

Gunel  Hasanova adlı şəxsin şəkli.

Filmi izləmək istəyənər “Park Cinema”nın kinoteatrlarına tələssinlər.

Gunel  Hasanova adlı şəxsin şəkli.

Gunel  Hasanova adlı şəxsin şəkli.

Müəllif: Ayna.az      11 Avqust 2019 21:00
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar