Dənizdə batan dörd uşaq barəsində yeni məlumat var

Dənizdə batan dörd uşaq barəsində yeni məlumat var
Xəbər verdiyimiz kimi, dünən Bakının Nardaran qəsəbəsində 4 uşaq dənizdə batıb.
 
Onlardan ikisi - 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı bacı, digər ikisi 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı və 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu bacı-qardaşdır. 
 
M.Cəfərova, Ə.Cəfərov və L.Cəfərzadənin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları hazırda davam etdirilir. 
 
AYNA xəbər verir ki, Azvision.az -ın əldə etdiyi məlumata görə, dənizdə batan şəxslər xala uşaqlarıdır. Onlar ailələri ilə birlikdə Nardaran ərazisində çimərliyə gediblər. 
 
Hadisə nəzarətsizlik səbəbindən baş verib. Uşaqların batdığını görən valideynlərdən biri onları xilas etməyə çalışsa da, boğulma təhlükəsi ilə üzləşib. Xilasedicilər onu dərhal sudan çıxarıblar. 
 
Qeyd edək ki, hər iki ailənin üç övladı olub. 
Müəllif: Ayna.az      11 Avqust 2019 11:13
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar