İyirmi bir yaşlı rəqqasə prezidentliyə namizəd oldu

İyirmi bir yaşlı rəqqasə prezidentliyə namizəd oldu

35 mindən çox imza toplayıb

 

Tunisdə 21 yaşlı müğənni və rəqqasə Nərmin Sfar ölkəyə rəhbərlik etmək niyyətindədir. AYNA “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Tunisin “Ennahar” nəşri yazıb.

 

Sfar seçicilərin 35 mindən çoxunun imzasını toplayıb. Bu isə prezident seçkilərində iştirak üçün nəzərdə tutulan minimal saydan düz üç dəfə çoxdur. Rəqqasə, prezident seçiləcəyi təqdirdə, ölkədə çörəyin qiymətini aşağı salmaq və qadınların hicab taxmaq mütləqliyini ləğv etmək istədiyini qeyd edib.

 

“Mosaique FM” radiostansiyasının məlumatına görə, ölkədə prezident kürsüsü uğrunda, Nərmin Sfarla bərabər, daha 55 namizəd mübarizə aparacaq. Tunisin Baş Naziri Yusif Şahid də seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.

 

Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkilərinin keçirilməsi iyulun 25-də ölkə başçısı Beji Kaid əs-Sebsinin vəfat etməsi ilə əlaqəlidir. O, ölkəyə 2014-cü ildən rəhbərlik edirdi.

Müəllif: Ayna.az      10 Avqust 2019 10:55
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar