Təqaüdə çıxan polis mayoru qəzada öldü

Təqaüdə çıxan polis mayoru qəzada öldü

O, yaxın aylarda təqaüdə çıxmışdı

 

İsmayıllıda avtomobil qəzası baş verib. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu saatlarda İsmayıllı-İvanovka yolunda qeydə alınıb.

 

Göyçayın Şahsoltanlı kənd sakini, 1958-ci il təvəllüdlü Mahmudov Arzu Mahmud oğlu idarə etdiyini minik avtomobili ilə İvanovkadan İsmayıllı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil dərəyə yuvarlanıb. Zərbənin təsirindən A.Mahmudov hadisə yerində ölüb.

 

Qeyd edək ki, uzun illər İsmayıllı rayon polis şöbəsinin əməkdaşı olan mayor A.Mahmudov yaxın aylarda təqaüdə çıxmışdı.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      10 Avqust 2019 02:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar