Sabahın hava proqnozu

Sabahın hava proqnozu

İyunun 19-20-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir

 

Bakıda və Abşeron yarımadasında iyunun 19-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

İyunun 19-da hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 19-20-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Müəllif: Ayna.az      18 İyun 2019 14:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar