Məşhur milyarder həbs olundu

Məşhur milyarder həbs olundu

Batistanın 5 gün həbsdə qalacağı gözlənilir

 

Braziliya Federal Polisinin verdiyi açıqlamaya görə, əvvəllər də məhkumluq həyatı yaşamış milyarder Eike Batista yenə həbs olunub.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, milyarder “bazarda manipulyasiya” və “çirkli pulların yuyulması” şübhələri ilə həbs olunub.

 

Batistanın 5 gün həbsdə qalacağı gözlənilir.

 

Əvvəllər Rio-de-Janeyro şəhərinin keçmiş qubernatuna 16 milyon rüşvət verməkdə günahlandırılan Batista, keçə il də “korrupusiya” və “çirkli pulların yuyulması”na görə 30 il həbs cəzasına məhkum olunmuşdu. Lakin milyarderin vəkilləri apelyasiya məhkəməsinə müraciət edərək qərarı ləğv etdirmişdilər.

Brezilyalı milyarder Eike Batista gözaltında

Qeyd edək ki, Eike Batista vaxtı ilə Braziliyanın ən varlı adamı və dünyanın 10 milyarderindən biri olmuşdu.  

Müəllif: Ayna.az      9 Avqust 2019 16:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar