Həbsxanaya telefon və narkotik vasitə keçirmək istəyənlər saxlanılıb

Həbsxanaya telefon və narkotik vasitə keçirmək istəyənlər saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı Cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. 


Cinayət Məcəlləsinin 28; 317.3; 317.2.1; 66.3; 67.1; 120.2.1; 120.2.11; 181.3.2; 181.3.3; 85.5-ci maddələrinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Səlimbəyli Vaqif Etibar oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu Masallı şəhər sakini Əzimov Əlişan Zakir oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman gizlədilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib. 
 

Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddəsinə əsasən həbs edilib və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Əliyev Əlicəfər Zabit oğlu ilə görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əliyev İsmayıl Zabit oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman siqaret qutusunun içərisində gizlədilmiş iki ədəd bükülüdə 1,410 qram narkotik maddə “Heroin” aşkar edilib.

 

Qeyd edək ki, hər iki faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      18 İyun 2019 15:48
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar