Yağış Bakı küçələrinin köhnə dərdini təzələdi - FOTOLAR

Yağış Bakı küçələrinin köhnə dərdini təzələdi  -     FOTOLAR

 Yol çöküb, böyük çuxurlar yaranıb

 

Bir neçə gündür yağan yağış nəticəsində yollar yararsız vəziyyətə düşüb. Bir neçə ay öncə yeni təmir olunmuş küçələrdə belə, çuxurlar yaranıb.

 

AYNA xəbər verir ki, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində bir neçə çuxur yaranıb. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində isə vəziyyət daha acınacaqlıdır. Belə ki, küçə bir müddət öncə təmir olunsa da, yağan yağış nəticəsində deformasiyaya uğrayıb. Yol çöküb, böyük çuxurlar yaranıb. Bu da avtomobillərin hərəkətinə çətinlik yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  AYNAya açıqlamasında bildirib ki, əraziyə baxış keçiriləcək.

 

“Problemin nədən yarandığını mütəxəssislərimiz aydınlaşdıracaq ki, daha sonralar eyni problemlər yaranmasın. Həmin yaranan problemləri isə tez bir zamanda aradan qaldıracağıq” - deyə AAYDA sözçüsü vurğulayıb.

Müəllif: Ayna.az      9 Avqust 2019 15:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar