"Vorzakonlar" arasında qarşıdurma yaşanıb, 19 nəfər öldürülüb

"Vorzakonlar" arasında qarşıdurma yaşanıb, 19 nəfər öldürülüb

Ölənlərin 9-nun asılaraq, 7-nin parçalanaraq, 3-nün isə yol kənarına atılaraq qətlə yetilidiyi məlum olub

 

Meksikada cinayətkar dəstələr arasında qarşıdurma baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 19 nəfər dünyasını dəyişib.

 

Baş Prokurorluqdan verilən açıqlamada, ölənlərin 9-nun asılaraq, 7-nin parçalanaraq, 3-nün isə yol kənarına atılaraq qətlə yetilidiyi məlum olub.

 

Baş prokuror cinayətkar dəstələrin narkotik maddələrin paylanması və istehlakı ilə əlaqəli fəaliyyətlər üçün bir-birilərinə qarşı mübarizə apardıqlarnı söyləyib.

 

Meksikanın təhlükəsizlik üzrə eksperti törədilən qətllərin "sadə bir qətl hadisəsi” olmadığını, həm də müxalif qüvvələri qorxutmaq və hakimiyyətə mesaj göndərmək olduğunu bildirib.

 

Qeyd edək ki, bu il Meksikada 17 min 608, keçən il isə 16 min 714 cinayət hadisəsinin baş verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Müəllif: Ayna.az      9 Avqust 2019 15:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar