Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

 "Hava şəraitini bəhanə gətirirlər"

 

DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. AYNA xəbər verir ki, idarədən Trend-ə bildirilib ki, yağmurlu hava şəraitində sürücülər yol və metroloji şəraiti nəzərə almalıdırlar. Belə hava şəraitində əyləc sistemindən düzgün istifadə etməmək nəqliyyat vasitəsinin sürüşməsinə gətirib çıxara bilər.

 

Bu da real yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur: “Bəzən belə hava şəraitində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar sürücülər özlərini inzibati məsuliyyətdən azad etmək üçün hava şəraitini bəhanə gətirirlər. Əslində isə bu, belə deyil. Nəqliyyat vasitəsi qanunun tələbi əsasında, yol və meteoroloji şərait nəzərə alınmaqla idarə edilməlidir ki, hər hansı təhlükə yaransa yayınmaq mümkün olsun".

Müəllif: Ayna.az      9 Avqust 2019 09:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar