İzahı mümkün olmayan otuz doqquz qalaktika kəşf edildi

İzahı mümkün olmayan otuz doqquz qalaktika kəşf edildi

Hubble teleskopu vasitəsi ilə görünməyib

 

Beynəlxalq astronomlar qrupu ALMA teleskoplar kompleksinin köməyi ilə mövcudluğu Kainatın təkamül nəzəriyyələri ilə izah edilə bilməyən 39 qədim qalaktikanı kəşf ediblər. AYNA “Report”-a istinadən xəbər verir ki, bu barədə ALMA saytında yerləşdirilən pres relizdə qeyd olunub.

 

Bu solğun qalaktikalar Hubble teleskopu vasitəsi ilə görünməyib. Lakin daha yüksək dəqiqləyə malik olan ALMA (Atacama Böyük Millimetr / Submillimetr Array) vasitəsi ilə görmək olub. Alimlər bildirib ki, mövcud qalaktikalar eliptik qalaktikaların əcdadlarıdır.

 

“Bu qalaktikalar, 10 milyard il əvvəl Kainatda mövcud olan kütləvi qalaktikaların əksəriyyətinin nümayəndəsidir. Onların əksəriyyəti əvvəlki tədqiqatlarda tapılmayıb” deyə qurumun yaydığı pres-relizdə bildirilir.

Müəllif: Ayna.az      9 Avqust 2019 07:38
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar