İŞİD yenidən dirçələ bilər

İŞİD yenidən dirçələ bilər

“ABŞ rəsmiləri Suriyadakı əsgər çatışmazlığını aradan qaldırmaq üçün müttəfiq ölkələrdən dəstək almağa məcburdurlar”

 

ABŞ Müdafiə Nazirliyi tərəfindən İŞİD-lə mübarizənin son hesabatları yayımlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hesabatda ABŞ-ın Suriyaya yenidən müdaxilə etməsi və İŞİD-in dirçəlmək təhlükəsinin olduğu qeyd olunub.

 

ABŞ Müdafiə Nazirliyinin baş məsləhətçisi Təbii Sabitlik Əməliyyatı tərəfindən hazırlanan hesabatda Vaşinqtonun Suriyadan çəkilmə planını sərt tənqid edib.

 

Hesabatda qeyd olunub ki, Suriyadakı müttəfiqlərin, İŞİD-in yenidən ayaqlanmasına qarşı daha çox təlim və texnikya ehtiyacı olduğu bir vaxtda, ABŞ əsgərlərinin sayının azaldılması bu qüvvələrə dəstəyi azaldıb.

 

Hesabatda bölgədəki ABŞ müttəfiqlərinə Vaşinqtondan uzaqlaşmamaq xəbərdarlığı da edilib.

 

Qərərgah rəsmiləri belə bir hadisənin ABŞ-ın Suriya və İraqdakı nümayəndəliklərinə zərər verə biləcəyini də vurğulayıblar.

 

“ABŞ rəsmiləri Suriyadakı əsgər çatışmazlığını aradan qaldırmaq üçün müttəfiq ölkələrdən dəstək almağa məcburdurlar”, - deyə hesabatda qeyd olunub.

Müəllif: Ayna.az      8 Avqust 2019 16:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar