"Keşlə"yə yeni futbolçu transfer olunub

"Keşlə"yə yeni futbolçu transfer olunub

Paraqvay vətəndaşı olan mərkəz hücumçusu ilə  1 illik müqavilə bağlanılıb

 

"Keşlə" Futbol Klubu növbəti transferini reallaşdırıb. AYNA xəbər verir ki, klub rəhbərliyi ilə daha bir futbolçu arasında müqavilə imzalanıb. 

 

Futbolçu Lorenzo Frutos arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Paraqvay vətəndaşı olan mərkəz hücumçusu ilə bağlanmış müqavilənin müddəti 1 il təşkil edir.

 

Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuelanın "Deportivo Lara" olub. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.

Müəllif: Ayna.az      8 Avqust 2019 16:08
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar