Beş aylıq körpəsi ilə Milli Məclisə gələn deputat qovulub - VİDEO

Beş aylıq körpəsi ilə Milli Məclisə gələn deputat qovulub -        VİDEO

Xanım vəkilin qovulmasını Milli Məclisin sədri tələb edib

 

Keniyada 5 aylıq körpəsi ilə Milli Məclisin iclasında iştirak etmək istəyən millət vəkili iclasa buraxılmayıb. 

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, millət vəkili Züleyxa Həsən təhlükəszilk qüvvələri tərəfindən məclisdən uzaqlaşdırılıb.  

 

Xanım vəkilin qovulmasını Milli Məclisin sədri Kristofer Omulele tələb edib. Səbəb olaraq isə parlamentin körpələr üçün münasib yer olmadığını bildirib.   

 

Bir qrup millət vəkili Omulelenin tələbinə qarşı çıxaraq, Hassanın zalı tərk etməsinə gərək olmadınığı bildiriblər. Ancaq xanım deputat təhlükəsizlik xidmətinin işçiləri tərəfindən bayıra atılıb. Bunun ardından xeyli sayda millət vəkili həmkarlarına dəstək nümayiş etdirərək zalı tərk ediblər.

 

Baş vermiş hadisənin ardından Hassan, "Gözləmədiyim bir vəziyyətlə qarşılaşdım. İşimi axsatmamaq üçün uşağımla birlikdə gəlməyə qərar verdim. Qızım atom bombası deyil, partlamaz" - deyə açıqlama verib. 

Müəllif: Ayna.az      8 Avqust 2019 15:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar