Şəhərdə standarta uyğun olmayan nömrəli avtomobillər şütüyür - Kimdir müqəssir?

Şəhərdə standarta uyğun olmayan nömrəli avtomobillər şütüyür -           Kimdir müqəssir?

"Bu gün belə nömrələr çoxluq təşkil edir, xüsusilə, bahalı avtomobillərin nömrələrindəki defisləri ağardırlar"

 

Bir müddət öncə bəzi avtomobil sürücüləri avtomobillərinin dövlət qeydiyyat nömrəsindəki defis işarələrini pozdururdu. Bu, sanki sürücülər arasında dəb halına düşmüşdü.

 

Dövlət Yol Polisi vəziyyətin ciddiliyini nəzərə alaraq sürücülərdən avtomobillərin dövlət qeydiyyat nömrələrində olan defis işarələrinin qara rəngə boyadılmasını tələb etdi. Bunun üçün sürücülərə 30 gün vaxt verildi. Bildirildi ki, buna əməl etməyən sürücülər 50 manat məbləğində cərimə ediləcəkdilər.

 

Ancaq zaman keçsə də, xeyli sürücü bununla bağlı cərimə edilsə də, çox az sayda sürücü avtomobilinin nömrəsini müəyyən olunmuş standartlara uyğunlaşdırdı. Bu gün şəhərdə kifayət qədər nömrələrində defis işarəsi pozulmuş avtomobillər hərəkət edir.

 

Maraqlısı isə odur ki, həmin avtomobilləri heç bir DYP əməkdaşı saxlamır, yəni cərimə olunmurlar. Olmaya, həmin qərar ləğv edilib? Yox, əgər qüvvədədirsə, niyə cərimə tətbiq edilmir?

 

Bu suala cavab tapmaq üçün əvvəlcə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, Vaqif Əsədov zənglərə cavab vermədi.

 

Sualımıza daha sonra yol-nəqliyyat ekspertləri ilə aydınlıq gətirməyə çalışdıq.

 

AYNA-ya açıqlamasında yol-nəqliyyat eksperti Azər Allahverənov bildirdi ki, bəzi məsələlər gündəmə gətirilir və İnzibati Xətalar Məcəlləsində də cərimə sanksiyası nəzərdə tutulur. Amma sonradan hər hansı bir addım atılmır, Halbuki, bu rahatlıqla həllini tapa bilər.

Image result for Azər Allahverənov

“DYP-i çox zaman kiçik detallara görə cərimə tətbiq etmir. Məsələn, avtomobillərin üzərində yazı məsələsi də qadağan olunmuşdu, cərimə sanksiyası nəzərdə tutulmuşdu. Amma indi cərimə yazılmır. Eyni zamanda, sükan arxasında telefonla danışan sürücülərə də cərimə tətbiq edilmir. Sürücünün yanında oturan sərnişinin də təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimə yazılmır” – müsahibimiz qeyd edib.

 

A.Allahverənovun sözlərinə görə, hətta avtomobildə musiqini yüksək səslə dinləməyin özü də böyük problemdir, amma DYP-nin əməkdaşları bunu görməzdən gəlir: “Bir sözlə, bir çox problemlər hələ də öz həllini tapmayıb. Onlardan biri də nömrələrin defislərinin silinməsidir”.

Image result for Elməddin muradlı

Yol-nəqliyyat eksperti Elməddin Muradlı da bildirib ki, defis işarəsinin dövlət qeydiyyat nömrə nişanında olmaması qanun pozuntusudur: “Bu barədə xəbərdarlıq edilmir, birbaşa cəza tətbiq olunur. Bir çox sürücülər defisləri qaraltsalar da, bəziləri yenidən qara rəngi sildilər. Çox təəssüflər olsun ki, Dövlət Yol Polisinin nömrə verən şöbəsinin işçiləri bəzən özləri də nömrələri bu vəziyyətdə, yəni defisləri silinmiş halda sürücülərə təqdim edirılər”.

 

Ekspert qeyd edib ki, nömrələr standartlara uyğun gəlmədiyinə görə, sürücülərdən defislərin rənglənməsi tələbi qoyulub: “Ancaq yol polisi hay-küy salır, sonra isə həmin iş arxa plana keçir. Bu gün belə nömrələr çoxluq təşkil edir. Xüsusilə, bahalı avtomobillərin nömrələrindəki defisləri ağardırlar”.

Müəllif: Təranə Xudabaxşiyeva      8 Avqust 2019 14:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar