Türkiyədə doğulan Təbrizə sənəd verilmir - Atası müraciət etdi

Türkiyədə doğulan Təbrizə sənəd verilmir -       Atası müraciət etdi

“İnsafsızlar əl boyda uşağı  Bakıda görmək istəyirlər ki, o sənədləri versinlər"

 

Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi fəal Kərim Əsgəri yeni doğulmuş oğlunun sənədlərini düzəltdirə bilmir. AYNA xəbər verir ki, K.Əsgəri bu barədə özünün "Facebook" səhifəsində məlumat verib.  

 

“Təxminən, 47 gün əvvəl bir övladımız doğuldu. Ailədə 3 nəfər olduq. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır. Bu günədək oğlum Təbrizə doğum haqqında şəhadətnamə, pasport ala bilmirik. Yoldaşımın bacısına etibarnamə versək də, sənədi almaq mümkün olmur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə əsasən, bu sənədlər verilməlidir. Hər gün Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinə, konsulluğa, "ASAN xidmət"ə müraciət edirik. Lakin sənədimiz düzəlmir” - deyə güneyli fəal bildirib. 

Kərim Əsgərinin bildirdiyinə görə, uşağın Bakıya gətirilməsi tələb olunur: “İnsafsızlar əl boyda uşağı  Bakıda görmək istəyirlər ki, o sənədləri versinlər. Soruşmaq istəyirəm, hansı insafa əsasən 50 günlük uşağı anasıyla bərabər və bu isti havada Azərbaycana gətizdirmək istəyirsiniz? Bəs, konsulluğun işi bu kimi problemləri həll etmək deyilmi? İki ayı tamam olmamış uşağın günahı nədir? Təbrizin anası hər gün sənəd işləri üçün səfirlik və Türkiyədə başqa dövlət idarələrinə gedir, uşaq isə ac-susuz mənimlə qalır”.

 

O qeyd edir ki, sənəd olmadığından uşağı peyvənd etdirmək mümkün olmur.

Müəllif: Ayna.az      7 Avqust 2019 17:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar