Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

"Avqustun 15-dən 20-dək ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin, eləcə də 11 illikdən kolleclərin ixtisas seçimlərində iştirak edə bilərlər"

 

Ali məktəblərə ixtisas seçimlərinin təsdiqi başa çatıb. Abituriyentlər böyük həyəcanla nəticələrin elan olunmasını gözləyirlər. Nəticələrin avqustun 8-də açıqlanacağı ehtimal olunur.

 

Təhsil eksperti Elçin Əfəndi AYNA-ya açıqlamasında bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul üzrə aparılmış ixtisas seçimlərin təsdiqi prosesi emal mərhələsindədir. Əgər emal prosesi tez başa çatarsa, bu gün nəticələr elan oluna bilər.

 

Elçin Əfəndi qeyd edib ki, ali məktəblərə qəbulun nəticələrini bu link (https://eservices.dim.gov.az/netbakmus1/?frm=egov&fbclid=IwAR2sY0BP4e2Z2T_63eZJ5CGEgOiuijntCgChq-H4JLnkZ08iYLMdjitgzuE) vasitəsilə rəsmən nəticələr elan olunduqdan sonra öyrənmək mümkün olacaq.

 

Ekspert onu da bildirib ki, ali məktəbə qəbul ola bilməyən abituriyentlər və subbakalavrlar avqust ayının 15-dən 20-dək ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin, eləcə də 11 illikdən kolleclərin ixtisas seçimlərində iştirak edə bilərlər. Bu zaman onlar ixtisas qruplarına müvafiq olaraq ali təhsil müəssisələrinin boş qalan plan yerləri ilə yanaşı, 11 illikdən kolleclərin də ixtisaslarını yazmaqla 20 ixtisas seçə bilərlər.

 

"Boş qalan yerlər haqqında informasiya ali təhsil müəssisələrinə ilkin yerlışdirmə başa çatandan sonra həyata keçirilir. İlkin yerlışdirmə nəticələri isə yaxın 2-3 gün ərzində elan olunacaq" - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Ayna.az      7 Avqust 2019 16:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar