Ağ Ev yeni sanksiyalara hazırlaşır

Ağ Ev yeni sanksiyalara hazırlaşır

Bolton bu barədə Peruda keçirilən konfransda danışıb

 

Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton yeni sanksiyalara hazırlaşır.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, müşavir Nikolas Madura hökuməti ilə əlaqəli olan bütün şirkətlərə Vaşinqton rəhbərliyi tərəfindən qadağalar tətbiq olunacağını bildirib.

 

Bolton bu barədə Peruda keçirilən konfransda danışıb.

 

“Maduro hökuməti ilə iş görmək istəyən tərəflərə xəbərdarlıq edirik. Korrupsiya bataqlığında üzən və tükənmiş bir rejimdən faydalanmaq istəyənlər, ABŞ ilə iqtisadi maraqlarını riskə atmış olacaq", - deyə Con Bolton vurğulayıb.

 

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampın imzası ilə təsdiqini tapan qərara əsasən, Venesuellanın ABŞ-dakı bütün maliyə sistemi blokadaya alınmışdı.

Müəllif: Ayna.az      7 Avqust 2019 15:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar