Abituriyentlərin həyəcanla gözlədiyi xəbər

Abituriyentlərin həyəcanla gözlədiyi xəbər

Nəticələrin sabah elan olunacağı gözlənilir

 

"2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatıb. Azərbaycan və rus bölməsi üzrə, ümumilikdə 58289 nəfər bu imkandan istifadə edib". 

 

Bu barədə AYNA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məlumat verib.

Image result for kamran əsədov

K.Əsədov elektron ixtisas seçimlərini təsdiq edənlərin statistikasını da açıqlayıb: 

 

"I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17031 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (15101 abituriyent müsabiqə şərtini ödəyib). Onlardan 15765 nəfəri Azərbaycan, 1266 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

 

II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14044 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (10166 abituriyent müsabiqə şərtini ödəyib). Onlardan 12936 nəfəri Azərbaycan, 1108 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

 

III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18265 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (17465 abituriyent müsabiqə şərtini ödəyib). Onlardan 17199 nəfəri Azərbaycan, 1066 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

 

IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4460 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (4082 abituriyent müsabiqə şərtini ödəyib). Onlardan 4184 nəfəri Azərbaycan, 276 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

 

V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. 5278 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. Onlardan 4730 nəfəri Azərbaycan, 548 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır".

Kamran Əsədov adlı şəxsin şəkli.

Təhsil eksperti onu da vurğulayıb ki, bu il, ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. 

 

K.Əsədovun sözlərinə görə, nəticələrin isə 8 avqustda elan olunacağı gözlənilir.

Müəllif: Ayna.az      7 Avqust 2019 12:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar