ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər

 

ABŞ Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər. AYNA Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

 

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

 

Sanksiyalar 20170-ci ildə ABŞ-da qəbul edilən "CAATSA" ("Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında") qanununa uyğun olaraq tətbiq edilməlidir.

Müəllif: Ayna.az      7 Avqust 2019 07:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin