ABŞ Talibanla razılığa gəldi

ABŞ Talibanla razılığa gəldi

Əfqanıstandakı ABŞ qoşunlarının sayının 14000-dən 8000-ə qədər endiriləcəyi bildirilib

 

Taliban ABŞ-ın Əfqanıstandakı əsgərləri ilə sülh danışıqlarına başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən Taliban rəsmisi ABŞ-la fikir ayrılıqlarını həll etdiyini söyləyib.

 

ABŞ və Talibandan olan rəsmi heyət “Doha konfransı”nda bu qərara gəlib.

 

Taliban qüvvələrinin Əfqanıstan hökuməti ilə bağladığı müqavilə əsasında, Əfqanıstandakı ABŞ qoşunlarının sayının 14000-dən 8000-ə qədər endiriləcəyi bildirilib.

 

“Bu müqavilənin dönüş nöqtəsi olacağına ümid edirik. Güman edirik ki, heç bir maneə olmayacaq, lakin bu amerikalıların da məsuliyyətindən aslıdır”, - deyə Taliban rəsmisi qeyd edib. 

Müəllif: Ayna.az      6 Avqust 2019 18:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar