Milli komandamızın baş məşqçisi istefa verdi

Milli komandamızın baş məşqçisi istefa verdi

Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib

 

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.

 

Boks Federasiyasının mətbuat xidmətindən AYNAya verilən məlumata görə, Azərbaycan Boks Federasiyasının rəhbərliyinin iştirakı ilə baş tutan iclasda mütəxəssisin müraciəti müzakirə olunub.

 

Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi istefa ərizəsi qəbul olunan mütəxəssisə yığmalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

 

Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.

 

Qeyd edək ki, V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

Müəllif: Ayna.az      6 Avqust 2019 17:49
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar