Braziliya Prezidenti xalqı təhqir etdi: “Tarakan kimi öləcəklər”

Braziliya Prezidenti xalqı təhqir etdi: “Tarakan kimi öləcəklər”

Braziliya prezidentinin bu fikirləri ölkəni ikiyə hissəyə böldü

 

Keçən il 6200 nəfərin polis tərəfindən öldürüldüyü Braziliyada Prezident Bolsonaronun fikirləri ölkə gündəmini silkələyib.

 

AYNA xəbər verir ki, İngiltərədə nəşr olunan “Guardian” qəzetinin xəbərinə görə, Bolsonaro qatıldığı bir televiziya proqramında Konqresin Cinayət Məcəlləsinin reqlamentinin dəyişiləcəyinə ümid etdiyini bildirib.

 

“Bu adamlar (cinayətkarlar) küçələrdə (konstitusiya təsdiq edərsə) tarakan kimi öləcəklər. Bu, belə də olmalıdır. Braziliya polisi cinayətkarlıqla mübarizədə qeyri-bərabər şərtlərlə mübarizə aparır. Polislər silahlarından istifadə etdiklərinə görə mühakimə olunmaq əvəzinə medal almalıdırlar” – deyə Jair Bolsonaro bildirib.

 

Bolsonaro bu qanunun zorakılığı azaltmaq üçün ölümcül güc tətbiq edən polis məmurlarının hüquqi müdafiəsini təmin edəcəyini söyləyib. Qanuna qarşı çıxanlar isə tənzimləmənin ölkəni qan gölünə döndürəcəyi barədə xəbərdarlıq edirlər.

 

Braziliya polisi hələ də məhkəmədənkənar edamlara görə tənqid olunur. Ötən il ölkədə polis tərəfindən öldürülənlərin sayı rekord həddə çatıb, bir il ərzində 6200 nəfər öldürülüb.

Müəllif: Ayna.az      6 Avqust 2019 16:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar