Yarım milyon insanın həyatına son qoyan faciədən bir il də ötdü

Yarım milyon insanın həyatına son qoyan faciədən bir il də ötdü

Bununla da dünya yeni “soyuq müharibə” dövrünə addım atdı

 

ABŞ-ın Xirosima və Naqasikiyə atom bombası atmasından 74 il ötür.  AYNA xəbər verir ki, 1945-ci ildə atılmış, təxminən, 13 min uran yüklü bomba 3000 dərəcə selsi meydan gətirirərək Xirosima və Naqasakinin 70%-ni xəritədən sildi.

 

Fəlakət nəticəsində xarabalığa çevrilən şəhərlərdə əvvəlcə 80 min, 1945-ci ilin sonlarında isə 140 min insan dünyasını dəyişdi.

 

Nəhayət 1945-ci ilin sonlarına yaxın İngiltərə, Çin və ABŞ Yaponiyanı təslim olmağa çağıraraq “Potsdam bəyannaməsi”ni qüvvəyə mindirdilər.

 

Dövrün Yaponiya imperatoru Hirohito müharibənin Yaponiya xalqını məhv etməsindən qorxaraq xalqı təslim olmağa çağırdı. Lakin Naqasakinin bombalanması nəticəsində sakit okean ətrafında gedən döyüşlərə rəsmi olaraq sona çatdı.

 

Bu hadisədən sonra amerikalılar ölənlərin sayının 117 minə çatdığını bildirsələr də, yaponlar bu rəqəmin yarım milona yaxın olduğunu qeyd etmişdilər.

 

Yaponiyanın təslim olmasına səbəb olan hadisə həm də beynəlxalq münasibətlərin dəyişməsinə təkan verdi.

 

Əbəs yerə deyildi ki, ABŞ və SSRİ dərhal hidrogen bombalarının istehsalı ilə bağlı bir neçə müqavilə imzalayaraq “yeni dövr”ün əsasını qoymağa başladılar.

 

Bunun nəticəsində də dünya iki super gücün bir-birlərinə qarşı açıq-aşkar müharibə apara bilməmək cəsarətinə şahid oldu və yeni “soyuq müharibə” dövrünə addım atdı.

Müəllif: Mərahim Nəsib      6 Avqust 2019 13:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin