"Dövlət yarana biləcək problemlərin qarşısını almaq üçün nəzarəti gücləndirməlidir"

"Dövlət yarana biləcək problemlərin qarşısını almaq üçün nəzarəti gücləndirməlidir"

Bu gündən başlayaraq Bakı və Abşeron yarmadasında hava şəraiti kəskin şəkildə dəyişib. Ötən günlərə nisbətən şiddətli külək əsməyə başlayıb və havanın temperaturu bir neçə dərəcə aşağı düşüb.

 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov AYNA-ya açıqlamasında hava şəraitinin kəskin dəyişməsinin, ümumiyyətlə bu il yay fəsli üçün xarakterik olmayan havanın hökm sürməsinin səbəbini açıqlayıb.

Ekoloq bunun iqlim dəyişikliyi olduğunu bildirib: "Hazırda Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Yay olmasına baxmayaraq, ya çox isti, ya da küləkli və soyuq hava şəraiti yaranır. Bütün bunlar iqlim dəyişikliyi nəticəsində baş verir. İqlim dəyişikliyi hər fəsildə baş verə bilər. Bu təbii haldır. Sadəcə hava şəraitinə uyğunlaşmağı bacarmaq lazımdır".  

 

T.Zeynalov onu da vurğulayıb ki, baş verə biləcək təhlükələrin qarşısını almaq, fəsadları aradan qaldırmaq üçün dövlət qurumları tərəfindən ciddi tədbirlər görülməlidir: "Yollarda və digər problemlərin baş verə biləcəyi ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tədarük görməlidir. Dövlət yarana biləcək problemlərin qarşısını almaq üçün nəzarəti gücləndirməlidir".

Müəllif: Mərahim Nəsib      5 Avqust 2019 16:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar