Dünən 20, bu gün 10 nəfər həlak olub - ABŞ-da daha bir atışma

Dünən 20, bu gün 10 nəfər həlak olub -        ABŞ-da daha bir atışma

"Atəş açan şəxs öldürülüb"

 

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində 10 nəfər həlak olub. AYNA Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.

 

Məlumatda bildirilir: "Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib".

 

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

Müəllif: Ayna.az      4 Avqust 2019 13:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar