Bakıda kişi arvadı tərəfindən döyüldü

Bakıda kişi arvadı tərəfindən döyüldü

Kəllə-beyin travması diaqnozu qoyublar

 

Abşeron rayonunda döyülmə hadisəsi baş verib. AYNA  “Report”-a istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Kiçikbəyov Rüfət Hacıbala oğlu ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən döyülüb.

 

K. Rüfət ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyublar. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      4 Avqust 2019 03:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar