ABŞ-da atışma: çox sayda ölü və yaralı var

ABŞ-da atışma:     çox sayda ölü və yaralı var

Silahlı şəxslər bir neçə nəfər olublar

 

ABŞ-ın Texas ştatında atışma olub. AYNA "Report"-a istinadən xəbər verir ki, hadisə El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində qeydə alınıb. 

 

Jurnalist Kamilla Rambaldi hüquq mühafizə orqanlarına istinadən bildirib ki, baş verən atışmada 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

El Paso şəhərinin polisi ticarət mərkəzində atəş açan şəxslərdən birinin həbs edildiyini açıqlayıb. Polisin bildirdiyinə görə, silahlı şəxslər bir neçə nəfər olub.

Müəllif: Ayna.az      4 Avqust 2019 02:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar