Ermənistanın baş qərargah rəisi: "Hərbçilər ağır şəraitdə yaşayır"

Ermənistanın baş qərargah rəisi: "Hərbçilər ağır şəraitdə yaşayır"

"Bu il iki, ya 3 intihar hadisəsinin qarşısı alınıb”

 

"Ağır sosial şəraitdə yaşamaları, ailə problemlərinin olması müqavilə əsasında hərbçilərin xidmətində də özünü əks etdirir". AYNA “Report”-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Artak Davtyan avqustun 3-də Dilicanda jurnalistlərin hərbçilərin intiharı ilə bağlı sualını cavablandırarkən bildirib.

 

“Komandirlər hərbçilər arasında təbliğat aparmasaydı, intihar hadisələrinin sayı iki deyil, 12 olardı. Bu il iki, ya 3 intihar hadisəsinin qarşısı alınıb”, - o vurğulayıb. 

Müəllif: Ayna.az      3 Avqust 2019 21:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar