Otuz iki nəfər saxlanılıb - DİN

Otuz iki nəfər saxlanılıb -    DİN

9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

 

Ötən gün törədilmiş 29 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AYNA-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Müəllif: Ayna.az      3 Avqust 2019 19:27
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar