Qadın və azyaşlı uşaq dənizdə batıb

Qadın və azyaşlı uşaq dənizdə batıb

Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb

 

Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub, məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. 

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb. 

 

Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır. 

Müəllif: Ayna.az      3 Avqust 2019 18:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar