Novxanıda dənizdə batan gəncin meyiti təhvil verilib

Novxanıda dənizdə batan gəncin meyiti təhvil verilib

1 nəfərin batması barədə məlumat daxil olub

 

Abşeron rayonunda dənizdə batan şəxsin meyiti sudan çıxarılıb. AYNA APA-ya istinadən xəbər verir ki, 1990-cı il Məmmədov Pərviz Adil oğlunun meyiti Corat qəsəbəsi yaxınlığında dənizdə aşkar olunub.

 

Meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Xəbərə görə, FHN-nin  "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      3 Avqust 2019 04:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar