Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb – FOTO, VİDEO

Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb –     FOTO, VİDEO

Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb

 

Bu gün saat 11-12 aralığında paytaxtın Sabunçu rayonu R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. AYNA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək, əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb.

Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan, 99 XJ 582 dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxıb və avtobusla toqquşub.