ABŞ-dan iranlı nazirə qarşı sanksiya

ABŞ-dan iranlı nazirə qarşı sanksiya

ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri jurnalistlər üçün brifinqdə deyib.

 

“Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehrannın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə durur”, - administrasiya nümayəndəsi belə deyib.

Müəllif: Ayna.az      1 Avqust 2019 08:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar