Məktəbli uşaq yuxuya dalmamaq üçün cinsiyyət orqanına iynə sancıb

Məktəbli uşaq yuxuya dalmamaq üçün cinsiyyət orqanına iynə sancıb

Həkimlərin sözlərinə görə, iynə hərəkət etsəydi, uşağın sidik kisəsini və arterial damarlarını parçalaya bilərdi


Çində bir məktəbli ev tapşırıqlarını yazarkən, yatmamaq üçün cinsiyyət orqanına iynə sancıb. 12-13 yaşlarında olduğu öyrənilən uşaq bu barədə anasını deyən kimi dərhal xəstəxanaya aparılıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, hadisə iyulun 28-də baş verib. Adı açıqlanmayan şagird nənəsinə məxsus iynə qabından gizlincə 10 santimetrlik bir iynə götürüb və sidik yoluna sancıb. 

 

Anası uşağın gəzə bilmədiyinin fərqinə varanda isə, məktəbli törətdiyi əməli etiraf edib. Uşaq bunları deyib: "Ev tapşırıqlarımı yazarkən yatıb qalırdım. Sidik yoluma bir iynə yerləşdirərək oyaq qalmağa çalışdım". 

 

Həkimlər bildiriblər ki, iynə hərəkət etsəydi, uşağın sidik kisəsini və arterial damarlarını parçalaya bilərdi, həmçinin infeksiya və qanaxma riski yaranardı. Uşaq təcili əməliyyata alınıb və iki saat davam edən əməliyyat nəticəsində iynə uğurla çıxarılıb.

Müəllif: Ayna.az      1 Avqust 2019 10:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar