Səhiyyə Nazirliyindən yaralıların durumu barədə son məlumat

Səhiyyə Nazirliyindən yaralıların durumu barədə son məlumat

Qəzada xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb

 

Xəbər verdiyimiz kimi, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib. İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, qəzada xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb. Yəni 22 yaşlı qızda və 20 yaşlı oğlanda qapalı kəllə beyin travması aşkarlanmayıb. Vəziyyətləri normaldır. Ambulator müalicəyə buraxılıblar.

 

Qeyd edək ki, rəsmi açıqlamaya görə, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Müəllif: Ayna.az      29 İyul 2019 16:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar