Dənizdə boğulan 4 dostla bağlı gözyaşardıcı faktlar

Dənizdə boğulan 4 dostla bağlı gözyaşardıcı faktlar

Meyiti hələ tapılmayan gənc cəmi 2 gün əvvəl ailə həyatı qurubmuş...

 

Dünən Xəzər dənizinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin sahilində boğularaq ölən 4 nəfərlə bağlı dəhşətli məqamlar üzə çıxıb. AYNA publika.az-a istinadən xəbər verir ki, burulğana düşərək dənizdə batan gənclərdən, 1992-ci il təvəllüdlü Əli Cavadov və 1991-ci il təvəllüdlü Murad Əzizov ailəli olub. Onların ikisinin də körpə övladları qalıb.

 

Hadisə nəticəsində ölən, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev isə nişanlı olub və yaxın günlərdə toyu olacaqmış. Meyiti hələ tapılmayan Bəlopba Babayevə gəlincə, iyulun 26-da onun toyu olubmuş və cəmi 2 gün imiş ki, ailə həyatı qurubmuş.

 

Qeyd edək ki, Kürdəxanı sakini olan 8 dost dünən dəniz sahilində xeyli futbol oynayıblar. Dostlar yekunda dənizə giriblər və bu zaman burulğana düşüblər.

 

Sahildən uzaqlaşamağ başlayan gənclərdən 4-nü ölümün pəncəsindən xilas etmək mümkün olsa da, digər 4 nəfər batıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az      29 İyul 2019 12:08
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar