"Gədəbəy və Naxçıvan istiqamətlərindən hücuma keçib, Göyçəni işğaldan azad edə bilərik"

"Gədəbəy və Naxçıvan istiqamətlərindən hücuma keçib, Göyçəni işğaldan azad edə bilərik"

Ekspert: ““Replacement üsulu” ilə ordumuz strateji mövqedən cəbhə açarsa, Qarabağ döyüşsüz şəkildə azad etmək mümkündür”

 

Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Göyçədə hərbi əməliyyat aparılması məsələsi müzakirə olunur. Müzakirələrdə iştirak edənlərin bir hissəsi qeyd edir ki, Azərbaycan Ordusu Qarabağdansa, Göyçədə hərbi əməliyyat keçirə bilər.

 

Maraqlıdır ki, sosial mediada son günlər müzakirə edilən bu fikirlər nəyə əsaslanır? Azərbaycan Ordusu belə bir addım atarsa, hərbi əməliyyatların nəticəsi necə olar? Bu suallara ekspertlərlə AYNA tutmağa çalışdıq.

 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli düşünür ki, həmin hərbi əməliyyatların nəticəsi uğurlu ola bilər: ““Replacement üsulu” ilə ordumuz strateji mövqedən cəbhə açarsa, Qarabağ döyüşsüz şəkildə azad edilə bilər”.

Aziz Alibeyli adlı şəxsin şəkli.

“Baxmayaraq ki, Göyçə xəritədə Ermənistan ərazisi kimi göstərilir, bolşevik Rusiyası oranı qanunsuz şəkildə, Azərbaycan tərəfinin razılığı  olmadan Ermənistana bəxşiş verib. Bu gün ərazimizin 20 faizinin işğal edilməsi kimi bir vəziyyət bizi istənilən beynəlxalq sənədin, hüququn şərtinə görə haqlı çıxarır”, – deyə Ə.Əlibəyli əlavə edib.

 

Ekspertin fikrincə, coğrafi baxımdan da əlverişsiz hərbi mövqeyə malik Qarabağda vaxt itirməkdənsə, Gədəbəy və Naxçıvan cəbhələrini açmaqla düşməni qısa müddətdə təslim etmək mümkündür: “Göyçə gölü 2000 metr hüdürlükdə yerləşir, onun ətrafından keçən magistral yol enişə doğru Ermənistanın içərilərinə qədər gedir. Coğrafi şərait özü hərbi üstünlüyü diqtə edir”.

 

“Üstəlik, bu prosesi bufer zona prinsiplərinə görə də icra etmək mümkündür. Necə ki, danışıqların predmeti zatən Dağlıq Qarabağdır, heç Göyçə də deyil. Bunu bizə qarşı digər rayonlarımızı işğal edərkən düşmən tərəfi həyata keçirib”, – müsahibimiz vurğulayıb.

 

Ə.Əlibəylinin qənaətindən belə nəticəyə gəlmək olar ki, bu günümüz, yəni Qarabağ uğrunda mübarizə apara bilmiriksə, dünənimizlə, yəni Göyçə ilə bağlı iddialarımız gülünc görünmürmü?

 

Bu sualımızı isə siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev cavablandırıb: “Mərhum akademik Ziya Bünyadovun belə bir fikri var: “Tarixin hansısa pis cəhəti xoşumuza gəlməyə bilər. Lakin o xoşagəlməyən cəhəti biz düzəltməliyik. Buna görə tarixdən üz döndərməməliyik. Hansı cəmiyyətdə olursa-olsun, sənin tarixi lənətləməyə ixtiyarın yoxdur. Çünki sən tarixi pisləyəndə özünü pisləmiş olursan...” Bu sözlərdə böyük həqiqətlər var. Biz çox uzağa getməyək, elə 1991-1993-cü illərə nəzər salaq. Qarabağ müharibəsinin birinci mərhəlləsində bizim səhvlərimiz də oldu, uğurlarımız da. Bu səhvləri bu gün təkrar etməmək üçün mütləq o dövrü bilməli, təhlil etməli və harda və necə yanlış etdik barədə düşünməliyik”.

 

Z.Əliyev bildirib ki, mütləq Qarabağ müharibəsindəki uğurlarımızı təbliğ etməli, o dövrdə döyüşənlərin haqlarını qorumalıyıq: “Bu gün bu döyüşçülər barədə təbliğatın zəif aparılması nəticəsində sabahımız olan gələcəyə deyə bilməyəcəyik ki, keçmişimiz olub. Babək, Şah İsmayıl, Nadir Şah, Şah Qacar, Uzun Həsən, Qara Yusif və digərlərini bizə təbliğ edən müəllimlərimizin sayəsində, Qarabağ uğrunda müharibə başalayanda ilk yerlərdə idik. Heç kimı tarixə məğlub xalqın əsgəri kimi düşmək istəmirdi”.

Картинки по запросу zaur əliyev tarixçi

“Qəhrəman döyüşçüləri tarixi şəxsiyyətlərin adı ilə çağırırdılar. Müharibə zamanı Koroğlu, Qəmlo, Babək, Şah, Qacar və sair ayamaları daşıyan o qədər oğullarımız var idi ki. Çünki bizə tarixi öyrədən valideyinlərimiz bizim onlar kimi olmağımızı istəyirdilər. Bəs müasir gənclərin qəhrəmanları kimlərdir? Mübariz İbrahimov, Ramil Səfərov, Fərid Əhmədov barədə sosial mediada tariximizə qənim kəsilən təbliğatın nəticəsində qarayaxamalar davam edir. Bu cür ideologiya ilə bu günümüzü sabaha necə apara bilərik?”, – deyə tarixçi əlavə edib.

 

Z.Əliyev ötən əsrin əvvəlinə də diqqət çəkib: "1918-1920-ci illərdə Azərbaycan Şərqin ilk demokratik dövləti ola bildisə, biz bu gün Şərqin niyə qəhrəman dövləti olmayaq? Bunun üçün isə, sadəcə Qarabağı işğaldan azad edib düşmənlərimizi məğlub etməliyik. Qələbə ruhu xalqımızın gələcəyinə böyük təsir edəcək. Bu gün biz sabah üçün mütləq qaliblik ruhu yaratmalıyıq, əks halda, sabah da dünəndə qalan faciələr baş verə biləcək”.

 

“Babəkin məşhur "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir" kəlamı çox şey deyir. Babək xalqının hər mənada azadlığı uğrunda döyüşürdü. Qədim dövrün ən böyük qul üsyanının başçısı Spartak haqqında tarix kitablarında kifayət qədər təqdiredici fikirlərə rast gəlmək mümkündür. Ancaq Spartakın məqsədi quldarlığı məhv etmək deyildi, o, sadəcə, vətəninə getmək istəyirdi. Babək isə işğalda olmayan Azərbaycan istəyirdi. Biz də bu gün “26 il işağalda yaşamaqdansa, bir gün döyüşdə öldürmək" şüarını əldə bayraq etməliyik”, – deyə müsahibimiz vurğulayıb.

 

Z.Əliyev onu da bildirib ki, xalqın bunun üçün kifayət qədər potensialı var: “Biz o nəslin davamçılarıyıq. Möhtəşəm tarixin yadigarlarıyıq. Tarixdən nəticə çıxarmaq, bu günü yaşatmaq və sabahı qurmaq bizim əsas xəttimiz olmalıdır”.

Müəllif: Rumiyyə Miraslan      29 İyul 2019 17:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar