Mikroavtobus yük maşını ilə toqquşub, yaralılar var

Mikroavtobus yük maşını ilə toqquşub, yaralılar var

Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb

 

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib. Mikroavtobus yük avtomobili ilə toqquşub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, təcili yardıma çağırış saat 7.42-də daxil olub. Hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadası yollanıb.

 

Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-sinin vəziyyəti ağırdır, 4-nün vəziyyəti isə orta ağır.

 

Müəllif: Ayna.az      29 İyul 2019 10:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar