Bunları içmək xərçəng riskini artırır

Bunları içmək xərçəng riskini artırır

Meyvə şirəsi də bu siyahıya daxildir

 

Meyvə şirəsi və qazlı alkoqolsuz içkilər kimi şəkərli içkilər də xərçəng riskini artırır. AYNA ölkə.az-a istinadən bildirir ki, Sarbonna Universitetinin fransız alimləri tərəfindən aparılan araşdırmaya görə şəkərli içkilər xərçəng riskini 18% artırır.

 

Araşdırmalar çərçivəsində xərçəng riskini artıran qrupda meyvə şirəsi, meyvəli süt, enerji içkiləri, şəkərli çay və ya qəhvənin iştirak etdiyi müəyyənləşdirilib. Alimlərə görə, şəkərli içkilərin xərçəng riskini artdığına səbəb qan şəkəri səviyyəsinin artması olur.

 

Qeyd edək ki, araşdırmanın nəticələri Britaniya Tibb Jurnalında dərc edilib.

Müəllif: Ayna.az      29 İyul 2019 01:54
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar