"Sarı zolaq" qadağası ləğv edildi

"Sarı zolaq" qadağası ləğv edildi

"27-si gecə saat 24:00-dan etibarən aradan qaldırılıb"

 

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalın ilə əlaqədar, paytaxtın bəzi küçə və prospektlərində sarı rəngli “olimpiya zolaqları” kimi tanınan avtomobil zolaqları üzrə məhdudiyyət aradan qaldırılıb.

 

Bu barədə AYNA-ya Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.  Onun sözlərinə görə, paytaxtın bəzi küçə və prospektlərində sarı zolaqlar üzrə bütün nəqliyyat vasitələri üçün olan məhdudiyyət aradan qaldırılıb: “Olimpiya Festivalı ilə əlaqədar tətbiq edilən məhdudiyyət iyulun 27-si gecə saat 24:00-dan etibarən aradan qaldırılıb. Artıq bütün növ nəqliyyat vasitələri bu zolaqlar üzrə sərbəst və fasiləsiz hərəkət edə bilər. Təbii ki, ara məsafəni, sürət həddini gözləmək şərtilə”.

Müəllif: Ayna.az      28 İyul 2019 15:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar