Keçmiş müdafiə naziri həbs olundu

Keçmiş müdafiə naziri həbs olundu

Zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur

 

Gürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşvili ilə bağlı həbs qətimkan tədbiri seçilib. Bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib. AYNA virtualaz.org-a istinadən xəbər verir ki, İ.Okruaşvilinin vəkili onun 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.

 

Qeyd edək ki, sabiq nazir Tbilisidə iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Müəllif: Ayna.az      28 İyul 2019 03:28
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar