Köynəyinizə qoşula bilən cib kondisioneri icad edildi - VİDEO

Köynəyinizə qoşula bilən cib kondisioneri icad edildi -      VİDEO
Qiyməti 104 dollardan başlayacaq
 
Yapon mühəndisləri yayın qızmarında köynəyin cibində yerləşdirilə bilən miniatür kondisioner hazırlamağı da bacarıblar.
 
AYNA moderator.az-a istinadən xəbər verir ki, cihazı məhsullarını “Reon Pocket” adlandıran “Sony Corporation” mütəxəssisləri hazırlayıb. Yenilik internet bağlantısı olmadan tam işləsə də, çəkisi 85 qram olub. Kondisioner üçün cibin köynəkdə belin yuxarı hissəsində arxa tərəfdə olduğu qeyd olunur.  İş rejimləri arasında keçid bu miniatür kondisioner ilə sinxronizasiya olunan smartfonlar vasitəsilə baş verir.  
 
Qeyri-adi cib kondisionerlərinin  qiymətinin 104 dollardan başlayacağı bildirilir.
 
Xatırladaq ki, bundan əvvəl - 2011-ci ildə Yaponiyada  miniatür ventilyatorların köməyi ilə bədən temperaturunu tənzimləyən köynəklər ixtira edilmişdi.
 
Müəllif: Ayna.az      27 İyul 2019 23:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar