"Trampa ölüm" şüarları səsləndirildi

"Trampa ölüm" şüarları səsləndirildi

"Putinə qarşı sına, məzlum əfqanlara qarşı yox"

 

Əfqanıstanda prezidentliyə aparıcı namizədlərdən biri ABŞ prezidenti Donald Trampı Amerikanın qüdrətini "məzlum" əfqanlar deyil, Rusiya qarşısında sınamağa çağırıb. AYNA milli.az-a istinadən xəbər verir ki, siyasi fiqurlar və ictimaiyyət Trampın, əgər icra olunarsa, 10 gün ərzində Əfqanıstanda müharibəni uda biləcəyi haqda bəyanatına qəzəbli reaksiya verməkdə davam edirlər.

 

Tramp Ağ Evdə müxbirlərə söyləmişdi ki, 10 günün içərisində 10 milyon adamın məhv olması və Əfqanıstanın "yer üzündən silinməsi" bahasına müharibəni udmaq olar, lakin o, bu yolu getmək istəmir.

 

Sabiq səhra komandiri və prezidentliyə ümidli Gülbəddin Hikmətyar Kabildə minlərlə tərəfdarı qarşısında söylədiyi nitqdə Trampın dediklərini tənqid edib.

 

Təqribən 10,000-ə yaxın adam "Amerikaya ölüm, Trampa ölüm" şüarları səsləndiriblər.

 

"Biz cənab Trampdan xahiş edirik ki, əgər sənin cəsarətin və gücün varsa, və öz hərbi qüdrətinə inanırsansa, onda onu Putinə qarşı sına, məzlum əfqanlara qarşı yox," deyə Hikmətyar bildirib.

 

Hikmətyar Putinin Amerika seçkilərinə müdaxilə edərək Trampa prezident olmaqda yardımçı olduğunu eyham vurub.

 

O, habelə prezident Əşrəf Qani hökumətini Trampın bəyanatını pisləmək əvəzinə Vaşinqtondan aydınlaşma istədiyinə görə tənqid edib.

 

Hikmətyar və onun tərəfdarları iki il öncəyədək Talibanla çiyin-çiyinə ABŞ və NATO qüvvələrinə qarşı vuruşublar.

 

Sonradan o, ABŞ-ın dəstəklədiyi əfqan hökuməti ilə barışıq imzalayıb.

Müəllif: Ayna.az      27 İyul 2019 23:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar