Bəşər Əsəd Türkiyəni və ABŞ-ı ittiham etdi

Bəşər Əsəd Türkiyəni və ABŞ-ı ittiham etdi

"Türkiyə beynəlxalq təhlükəsizlik adı altında Suriyaya hücumlar təşkil edir" 

 

Sərhədlərində artan terror təhlükəsinə qarşı lazım gəldiyində ABŞ-a belə etiraz edən Türkiyəyə Əsəd rejimindən xəbərdarlıq gəlib. AYNA musavat.com-a istinadən xəbər verir ki, Əsəd rejimi Türkiyə ilə ABŞ arasında “təhlükəsiz zona” mövzusunda bütün müzakirələrə qapalı olduqlarını açıqlayıb.

 

Ölkəsində sırf müxalif yönümlü olduğu üçün insanların qətlinə fərman verən və ərazilərində terror təşkilatlarının baş alıb getdiyi Suriya hökuməti Türkiyə və ABŞ-ı ölkədə gərgin vəziyyəti uzatmaqda ittiham edib.

 

Suriya Xarici İşlər Nazirliyində səlahiyyətli şəxslərdən biri Suriyanın rəsmi xəbər agentliyi olan “SANA”-ya bu barədə açıqlama verib.

 

“Suriya ölkənin daxili işlərini hədəf alan ABŞ-ın böhranı uzatma və daha da qarışıq hala gəlməsi məqsədi ilə etdiyi müdaxilələri qınayır” – deyə açıqlamada bildirilib.

 

Səlahiyyətli şəxs Türkiyə və ABŞ-la heç bir razılığa gəlməyəcəklərini bildirərək, bunun həm də beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

 

“SANA”-ya açıqlama verən səlahiyyətli şəxs “Türkiyənin beynəlxalq təhlükəsizlik adı altında Suriyaya hücumlar təşkil etdiyini” söyləyərək çirkin ittiham da irəli sürüb.

Müəllif: Ayna.az      27 İyul 2019 20:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar